23 iyun 2026. Çərşənbə axşamı

Mançester Yunayted yeni baş məşqçisini açıqladı


Mançester Yunayted yeni baş məşqçisini açıqladı

İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisini açıqlayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"almaniyalı mütəxəssis Ralf Ranqnikə həvalə olunub.

63 yaşlı mütəxəssis bu postda Ole-Qunnar Sulşeri əvəzləyib. Ranqniklə işçi vizası əldə etməsi şərti ilə mövsümün sonunadək müqavilə imzalanıb. Mövsüm bitdikdən sonra Ranqnik Mançester təmsilçisində daha 2 il məsləhətçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Ralf Ranqnik son olaraq Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər