4 avqust 2026. Çərşənbə axşamı

Arsenal matçı öncəsi Mançester Yunayted'də Karrik qərarı


Arsenal matçı öncəsi Mançester Yunayted'də Karrik qərarı

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 14-cü turunda doğma meydanda “Arsenal”la qarşılaşacaq.

Corner.az xəbər verir ki, “qırmızı şeytanlar” bu oyunda da Maykl Karrikin rəhbərliyi altında çıxacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Mançester Yunayted”də 12-ci turun “Uotford”la səfər oyunundan (1:4) sonra baş məşqçi Ole Qunnar Sulşer istefaya göndərilmiş və komanda müvəqqəti olaraq Karrikə tapşırılmışdı. “Qırmızı şeytanlar”ı 13-cü tur çərçivəsində baş tutan “Çelsi” ilə səfər oyununa da məhz Karrik çıxarmışdı. Klub rəhbərliyi bir neçə gün öncə baş məşqçi postuna Ralf Ranqniki gətirib. Lakin komandanı qarşıdakı oyuna Karrik hazırladığından, oyunda da onun texniki zonada olmasına qərar verilib.

Ralf Ranqnik mövsümün sonuna kimi “Mançester Yunayted”ə baş məşqçi təyin olunub. 

Mançester təmsilçisi Premyer Liqada bu mövsüm keçirdiyi 13 oyunda cəmi 18 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.

“Mançester Yunayted” – “Arsenal” matçı sabah “Old Trafford”da keçiriləcək.







İngiltərə P.L.

"Belə bir fürsəti əldən verə bilməzdim"
  • İngiltərə P.L.
  • 22:15 03.08.2026
"Belə bir fürsəti əldən verə bilməzdim"
Mudrik "Çelsi"nin məşqlərinə qayıtdı
  • İngiltərə P.L.
  • 22:13 03.08.2026
Mudrik "Çelsi"nin məşqlərinə qayıtdı
"Real"dan ayrılığım iz buraxdı, amma..."
  • İngiltərə P.L.
  • 21:52 02.08.2026
"Real"dan ayrılığım iz buraxdı, amma..."
"Çelsi" 35 yaşlı Denni Uelbeki transfer etdi
  • İngiltərə P.L.
  • 22:29 01.08.2026
"Çelsi" 35 yaşlı Denni Uelbeki transfer etdi
"Mudrik xüsusi futbolçudur"
  • İngiltərə P.L.
  • 19:48 01.08.2026
"Mudrik xüsusi futbolçudur"
"Tottenhem" 10 nəfərlə "Çelsi"ni üstələdi
  • İngiltərə P.L.
  • 17:15 01.08.2026
"Tottenhem" 10 nəfərlə "Çelsi"ni üstələdi