Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Tottenhem” bu turda doğma meydanda “Brentford”u qəbul edib. London təmsilçisi bu oyunda inamlı qələbə qazanıb.
Turun mərkəzi oyunu Mançesterdə baş tutub. “Mançester Yunayted” doğma meydanda “Arsenal”ı qəbul edib. Kriştiano Ronaldonun dubla imza atdığı bu görüşdə meydan sahibləri əzmkar qələbə qazanıb.
İngiltərə Premyer Liqası
14-cü tur
30 noyabr
Nyukasl – Norviç Siti 1:1
Qol: Uilson, 61-pen – Pukki, 79.
Lids – Kristal Pelas 1:0
Qol: Rapinya, 90+3-pen.
1 dekabr
Sauthempton – Lester Siti 2:2
Qol: Bednarek, 3. Adams, 34 – Evans, 22. Meddison, 49.
Uotford – Çelsi 1:2
Qol: Dennis, 43 – Maunt, 29. Ziyeş, 72.
Vest Hem – Brayton 1:1
Qol: Souçek, 5 – Maupay, 89.
Vulverhempton – Bernli 0:0
Aston Villa – Mançester Siti 1:2
Qol: Uotkins, 47 – R.Dias, 27. B.Silva, 43.
Everton – Liverpul 1:4
Qol: Qrey, 38 – C.Henderson, 9. Salah, 19; 64. Jota, 79.
2 dekabr
Tottenhem – Brentford 2:0
Qol: Kanos, 12-öz qapısına. Son, 65.
Mançester Yunayted – Arsenal 3:2
Qol: B.Fernandes, 44. Ronaldo, 52; 70 – Smit Rou, 13. Edeqor, 54.