8 noyabr 2026. Bazar günü

Ronaldo karyerasında 800-cü qolunu vurdu


Ronaldo karyerasında 800-cü qolunu vurdu

Futbol üzrə İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutan “Arsenal”la oyun “Mançester Yunayted”in hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, 36 yaşlı hücumçu bu oyunda fərqlənməklə karyerasında 800-cü qolunu vurub.

Portuqaliyalı  hücumçunun matçın 52-ci dəqiqəsində vurduğu qol karyerasındakı 800-cü qol kimi tarixə düşüb. 70-ci dəqiqədə rəqib qapısından daha bir top keçirən Ronaldo 801-ci qolunu vurmaqla yanaşı, komandasına qələbə də qazandırıb.

Ronaldo “Mançester Yunayted”də 130 (307 oyun), “Real”da 450 (438 oyun), “Yuventus”da 101 (134 oyun) və “Sportinq”də 5 qol (31 oyun) vurub. Bundan başqa, portuqaliyalının millidə keçirdiyi 184 oyunda 115 qolu var.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”