8 noyabr 2026. Bazar günü

Çelsi uduzdu, Liverpul və Mançester Siti'dən qələbə


Çelsi uduzdu, Liverpul və Mançester Siti'dən qələbə
Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
 
Turun açılış matçında lider “Çelsi” səfərdə “Vest Hem”in qonağı olub. Beş qolun qeydə alındığı matçda London təmsilçisi məğlubiyyətlə üzləşib.
 
“Mançester Siti” səfərdə “Uotford”un, “Liverpul” isə “Vulverhempton”un qonağı olub. Liderin xal itkisindən  yararlanan “Mançester Siti” ilə “Liverpul” turu qələbə ilə başa vurub . “Sauthempton” – “Brayton” matçında qalib müəyyənləşməyib. “Nyukasl” isə “Bernli” üzərində minimal hesablı qələbəyə sevinib.
 
İngiltərə Premyer Liqası
15-ci tur
4 dekabr
 
Vest Hem – Çelsi 3:2
Qol: Lanzini, 40. Bouen, 56. Masuaku, 87 – T.Silva, 28. Maunt, 44.
 
Vulverhempton – Liverpul 0:1
Qol: Oriqi, 90+4.
 
Nyukasl – Bernli 1:0
Qol: Uilsin, 40.
 
Sauthempton – Brayton 1:1
Qol: Broxa, 29 – Maupay, 90+8.
 
Uotford – Mançester Siti 1:3
Qol: Kuço, 74 – Sterlinq, 4. B.Silva, 31; 63.
 






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”