8 noyabr 2026. Bazar günü

Çelsi'nin futbolçusunda koronavirus aşkarlandı


Çelsi'nin futbolçusunda koronavirus aşkarlandı

İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç koronavirusa yoluxub.

Corner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Tuçel açıqlama verib.

O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Rusiya “Zenit”inə qarşı keçirəcəkləri matçdan öncə baş tutan mətbuat konfransında xorvatiyalı futbolçudan götürülmüş koronavirus testinin nəticəsinin pozitiv çıxdığı bildirilib. 27 yaşlı yarımmüdafiəçi karantinə alınıb.

Sabah Sankt-Peterburqda baş tutacaq “Zenit” – “Çelsi” matçına Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”