8 noyabr 2026. Bazar günü

Silva Mançester Siti'nin tarixinə düşdü


Silva Mançester Siti'nin tarixinə düşdü
İngiltərənin “Mançester Siti” klubunda noyabrın ən yaxşı oyunçusu müəyyənləşib. Corner.az xəbər verir ki, Portuqaliya millisinin futbolçusu Bernardo Silva ötən ayın ən yaxşısı elan olunub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında keçirilmiş sorğuda 48 faiz səs toplayıb. Joao Kanselo 35 faiz səslə ikinci, Rodriqo isə 17 faiz səslə üçüncü olub.
 
Ardıcıl 3-cü dəfə bu ada layiq görülən təcrübəli vinger "Mançester Siti"nin tarixinə düşüb. Silvadan öncə heç bir futbolçu ardıcıl üç dəfə bu komandanın ən yaxşısı seçilməmişdi.
 
Bernardo Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”