22 mart 2026. Bazar günü

Arsenal Obameyanqı əsas heyətdə uzaqlaşdırdı


Arsenal Obameyanqı əsas heyətdə uzaqlaşdırdı

İngiltərənin "Arsenal" klubu futbolçusu Pyer-Emerik Obameyanq əsas komandadan kənarlaşdırılıb.

Corner.az xəbər verir ki, klub rəhbərliyindən icazə alaraq ölkə xaricinə yollanan Obameyanq təyin olunan vaxtda İngiltərə qayıtmayıb. Qabonlu futbolçu bu intizamsızlığına görə baş məşqçi Mikel Artetatının qərarı ilə əvəzedici kollektivə göndərilib.

32 yaşlı hücumçunun adı London təmsilçisinin "Sautgempton"a 3:0 hesabı ilə qalib gəldikləri matçın iştirak ərizəsinə də bu üzdən daxil edilməyib. İngiltərə mətbuatının iddiasına görə, təcrübəli futbolçunun kapitanlığı da alınacaq.

Xatırladaq ki, bu Obameyanqın ilk intizamsızlığı deyil. O, daha əvvəl "Borussiya" (Dortmund) klubunda çıxış edərkən iclasa gecikdiyi üçün 2 dəfə əsas komandadan kənarda qalıb.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq bu mövsüm 14 çempionat oyununda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.

"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər
“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"