7 dekabr 2025. Bazar günü

Premyer Liqa da daha bir matça koronavirus əngəli


Premyer Liqa da daha bir matça koronavirus əngəli
İngiltərə Premyer Liqasında 17-ci turun daha bir matçı təxirə salınıb. Corner.az xəbər verir ki, “Tottenhem” - “Lester Siti” görüşü baş tutmayacaq.
 
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Məlumatda, matçın təxirə salınmasına səbəb hər iki komandanın heyətində koronavirusa yoluxma hallarının artması göstərilib. 
 
Ötən tur keçirilməli olan “Brayton” – “Tottenhem” matçı da London təmsilçisinin düşərgəsində koronavirusa kütləvi yoluxmaya görə təxirə salınmışdı. Paytaxt klubunun Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Renn”lə (Fransa) oyunu da eyni səbəbdən ləğv edilmişdi.
 
"Lester Siti”nin baş məşqçisi Brendan Rocers də komdasında 9 futbolçunun infeksiyaya yoluxduğunu açıqlayıb. Bu səbəbdən komandanın meydana çıxarmağa yetərli heyəti olmadığından oyunlar 1 həftəlik təxirə salınmasını istəyib.
 
Premyer Liqada 17-ci tur çərçivəsində keçirilməli olan “Brentford” – “Mançester Yunayted” və “Bernli” – “Uotford” matçları da qonaq komandaların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.






İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə