22 mart 2026. Bazar günü

Liverpul və Çelsi yarımfinalda


Liverpul və Çelsi yarımfinalda
İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
 
Səfərdə “Brentford”un qonağı olan “Çelsi” inamlı qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Londonun digər təmsilçisi “Tottenhem” doğma meydanda “Vest Hem”i qəbul edib və rəqibini mübarizədən kənarlaşdırıb. “Liverpul” – “Lester Siti” görüşü daha məhsuldar alınıb. Görüşdə əsas vaxtında 6 qol vurulsa da, qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq olan meydan sahibləri yarımfinala vəsiqəni təmin edib.
 
İngiltərə Liqa Kuboku
1/4 final
21 dekabr
 
Arsenal – Sanderlend 5:1
Qol: Nketia, 17; 49; 58. Pepe, 27. Patino, 90+1 – Broadhed, 31.
 
22 dekabr
 
Brentford – Çelsi 0:2
Qol: Yansson, 80-öz qapısına. Jorjinyo, 85-pen.
 
Liverpul – Lester Siti 3:3 (penaltilər 5:4)
Qol: Oksleyd-Çemberleyn, 19. Jota, 68. Minamino, 90+5 – Vardi, 9; 13. Meddison, 33.
 
Tottenhem – Vest Hem 2:1
Qol: Berqveyn, 29. Moura, 34 – Bouen, 32.






İngiltərə P.L.

"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər
“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi
“Liverpul"da həmişə təzyiq var”
  • İngiltərə P.L.
  • 22:38 21.03.2026
“Liverpul"da həmişə təzyiq var”
"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"