27 avqust 2026. Cümə axşamı

Ronaldonun qiyməti 10 milyon avro azalıb


Ronaldonun qiyməti 10 milyon avro azalıb

Transfermarkt portalı İngiltərə Premyer Liqasındakı oyunçuların bazar dəyərini yeniləyib.

Corner.az-ın məlumatına görə, yenilənmə "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldoya da təsir edib. Portuqaliyalı hücumçunun qiyməti 45 milyon avrodan 35 milyon avroya düşüb.

36 yaşlı futbolçu "qırmızı şeytanlar"a 2021-ci ilin avqustunda "Yuventus"dan 15 milyon avroya keçib. 

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm Premyer Liqadakı 13 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın