23 iyun 2026. Çərşənbə axşamı

Cerrard koronavirusa yoluxdu


Cerrard koronavirusa yoluxdu

İngiltərənin "Aston Villa" klubunun baş məşqçisi Stiven Cerrard koronavirusa yoluxub.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 41 yaşlı mütəxəssisin koronavirus testinin nəticəsi müsbət çıxıb. İngilis mütəxəssis bu səbəbdən "Çelsi" və "Lids"lə Premyer Liqa qarşılaşmalarında iştirak edə bilməyəcək.

Görüşlər dekabrın 26-da və 28-də baş tutacaq.

Qeyd edək ki, "Aston Villa" 17 oyundan 22 xalla 10-cu pillədə qərarlaşıb.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər