7 dekabr 2025. Bazar günü

Mançester Siti evdə, Arsenal və Çelsi'dən səfərdə qələbə


Mançester Siti evdə, Arsenal və Çelsi'dən səfərdə qələbə

İngiltərə Premyer Liqasında 19-cu turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilir.

“Vest Hem” doğma meydanda “Sauthempton”u qəbul edib. Beş qolun qeydə alındığı matçda qonaqlar qələbə qazanıb. Lider “Mançester Siti”nin bu turda doğma meydanda “Lester”i qəbul edib və 9 qolluq bu qarşılaşmada darmadağınla qalib gəlib.

“Arsenal” səfərdə “Norviç”in qonağı olub və rəqibini 5 cavabsız qolla məğlub edibsə, “Tottenhem” “Kristal Pelas”a 3 cavabsız qolla qalib gəlib. “Aston Villa” isə doğma meydanda “Çelsi”ni qəbul edib. “Zadəganlar” da bu turda inamlı qələbə qazanıb.

Bu tur keçirilməli olan “Liverpul” – “Lids”, “Vulverhempton” – “Uotford” və “Bernli” – “Everton” matçları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən başqa vaxta təxirə salınıb.

İngiltərə Premyer Liqası, 19-cu tur

26 dekabr

Vest Hem – Sauthempton 2:3
Qol
: Antonio, 49. Benrahma, 64 – Elyunussi, 8. Uord-Prauz, 61. Bednarek, 70.

Mançester Siti – Lester 6:3
Qol
: De Bruyne, 5. Mahrez, 14. İ.Gündoğan, 21. Sterlinq, 25-pen; 87. Laporte, 69 – Meddison, 55. Lukman, 59. İheanaço, 65.

Norviç – Arsenal 0:5
Qol
: Saka, 6; 67. Tirni, 44. Lakazette, 84. Smit Rou, 90+1.

Tottenhem – Kristal Pelas 3:0
Qol
: Keyn, 32. Moura, 34. Son, 74.

Aston Villa – Çelsi 1:3
Qol
: R.Ceyms, 28-öz qapısına – Jorjinyo, 34; 90+3-pen. Lukaku, 56.







İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə