8 noyabr 2026. Bazar günü

Qvardiola Premyer Liqada şəxsi rekordunu yenilədi


Qvardiola Premyer Liqada şəxsi rekordunu yenilədi

"Mançester Siti" səfərdə "Brentford"u minimal hesabla məğlub edib.

Corner.az xəbər verir ki, bu matç "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub. Mançester təmsilçisi ispaniyalı mütəxəssisin rəhbərliyi altında 4-cü dəfə ardıcıl 10 oyunluq qələbə seriyasına imza atıb.

Qvardiola ölkə çempionatında hələlik bu göstəriciyə çatan yeganə baş məşqçi kimi öz rekordunu yeniləyib. Premyer Liqada heç bir mütəxəssis 2 dəfədən artıq bu uğura nail ola bilməyib.

Qeyd edək ki, "Brentford" - "Mançester Siti" görüşü qonaqların 1:0 hesablı qalibiyyəti ilə başa çatıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”