8 may 2026. Cümə

Çelsi 145 milyon zərər edib


Çelsi 145 milyon zərər edib
İngiltərənin “Çelsi” klubu 2021-ci ilin ilk altı ayı üçün maliyyə hesabatını açıqlayıb. Corner.az xəbər verir ki, London təmsilçisi ilk altı ay ərzində 145.6 milyon funt-sterlinq məbləğində zərər edib.
 
Klub bunu pandemiya səbəbi ilə əksər matçların azarkeşsiz keçirilməsi və futbolçu satışından əldə olunan gəlirlərin azalması ilə izah edib.
 
İllik gəlirini 387.8 milyondan 416.8 milyon funt-sterlinqə çıxaran klubun əməkdaşlıq etdiyi şirkətlərə borcunun 1 milyardın üstünə çıxdığı diqqətə çatdırılıb.
 
Xatırladaq ki, almaniyalı baş məşqçisi Tomas Tuxelin rəhbərliyi altında ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi olan “Çelsi”, 2020-ci ilin yayında heyətlə bağlı ciddi dəyişiklik etmiş və Avropada transferə ən çox pul xərcləyən kluba çevrilmişdi.






İngiltərə P.L.