2 fevral 2026. Bazar ertəsi

Mançester Siti'nin futbolçusu hücuma məruz qaldı


Mançester Siti'nin futbolçusu hücuma məruz qaldı
İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Joao Kanselo ailəsi ilə birgə hücuma məruz qalıb. Corner.az xəbər verir ki, hadisə portuqaliyalı futbolçunun evində istirahət etdiyi zaman baş verib.
 
4 nəfərlik cinayətkar dəstə Kanselonun yaşadığı evə daxil olub. Bu zaman ailəsini qorumağa çalışan 27 yaşlı futbolçu onlarla əlbəyaxa olub. Nəticədə Kanselo kiçik xəsarətlərlə qurtula bilib. Soyğunçular Joaonun həyat yoldaşının bəzi zinyət əşyalarını oğurlayıblar. Bunu Kanselo sosial şəbəkə hesabında paylaşdığı şəkillə birgə açıqlayıb:
 
“Təəssüf ki, məni və ailəmi qorxutmağa çalışan 4 nəfərin hücumuna məruz qaldım. Onlara qarşı müqavimət göstərdikdə isə bu halla qarşılaşdım. Evdəki bütün zinyət əşyalarını oğurladılar və məni gördüyünüz bu hala saldılar. İnsanlar necə belə axmaq işlərlə məşğul ola bilir, mən bunu qəbul edə bilmirəm. Mənim üçün ən önəmli məqam ailəmin yaxşı olmasıdır. Həyatımdakı bir çox əngəl kimi, bunu da aşacağıma inanıram"






İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə