İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
“Brentford” doğma meydanda “Aston Villa”ya, “Lids” “Bernli”nə qalib gəlib. Beş qolun qeydə alındığı “Everton” - “Brayton” matçında qonaqlar qələbə qazanıb.
Turun mərkəzi görüşü Londonda baş tutub. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Çelsi” doğma meydanda ən yaxın izləyicisi “Liverpul”u qəbul edib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Bu tur keçirilməli olan “Lester Siti” - “Norviç Siti” və “Sauthempton” - “Nyukasl” matçları təxirə salınıb. Buna sözügedən komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəb göstərilib.
İngiltərə Premyer Liqası
21-ci tur
1 yanvar
Arsenal – Mançester Siti 1:2
Qol: Saka, 31 – Mahrez, 57-pen. Rodri, 90+3.
Uotford – Tottenhem 0:1
Qol: D.Sançes, 90+6.
Kristal Pelas – Vest Hem 2:3
Qol: Eduard, 83. Olise, 90 – M.Antonio, 22. Lanzini, 25; 45+5.
2 yanvar
Brentford – Aston Villa 2:1
Qol: Vissa, 42. Rasmussen, 83 – İnqs, 16.
Lids – Bernli 3:1
Qol: Harrison, 39. Dallas, 77. D.Ceyms, 90+1 – Korne, 54.
Everton – Brayton 2:3
Qol: Qordon, 53; 76 – Makallister, 3; 71. Börn, 21.
Çelsi – Liverpul 2:2
Qol: Kovaçiç, 42. Pulişiç, 45+1 – Mane, 9. Salah, 26.