İngiltərənin “Liverpul” klubu koronavirus pandemiyasına yoluxma sayının artması ilə əlaqədar bazasını bağlayıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda, klubun bazasının ən azı 48 saatlıq bağlı olacağı vurğulanıb.
Koronavirusa kütləvi yoluxma “Liverpul”un İngiltərə Liqa Kuboku çərçivəsində “Arsenal”a qarşı keçirəcəyi oyuna da təsir edib. Belə ki, yarımfinal mərhələsi çərçivəsində bu həftə keçirilməli olan görüş yanvarın 20-nə təxirə salınıb.
Xatırladaq ki, “Liverpul” Premyer Liqanın 21-ci turu çərçivəsində qarşılaşdığı “Çelsi” ilə səfər oyununda Alisson Bekker, Roberto Firmino və Joel Matipin xidmətindən yararlana bilməmişdi. Baş məşqçi Yurgen Kloppun da COVİD-19 testinin nəticəsi pozitiv çıxdığı üçün sözügedən matçda texniki zonada yer almamışdı.