23 iyun 2026. Çərşənbə axşamı

Çelsi Tottenhem'i məğlub yola saldı


Çelsi Tottenhem'i məğlub yola saldı
 İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
“Çelsi” doğma meydanda “Tottenhem”i qəbul edib. London derbisində meydan sahibləri inamlı qələbə qazanıblar. Bu komandalar arasındakı cavab görüşü yanvarın 12-də baş tutacaq.
 
Yarımfinalın digər qarşılaşması yanvarın 6-da “Liverpul”la “Arsenal” arasında keçirilməli idi. Lakin bu matç “Liverpul”un heyətindəki koronavirusa yoluxma halları ilə əlaqədar təxirə salınıb. Yekun qərara əsasən, tərəflər arasındakı ilk görüş ayın 13-də “Liverpul”un meydanında baş tutacaq. Cavab görüşü isə ayın 20-də “Arsenal”ın stadionunda keçiriləcək.
 
İngiltərə Liqa Kuboku
5 yanvar
 
Çelsi – Tottenhem 2:0
Qol: K.Haverts, 5. B.Deyvis, 34-öz qapısına.
 






İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər