7 dekabr 2025. Bazar günü

Obameyanq koronavirusa yoluxdu


Obameyanq koronavirusa yoluxdu

İngiltərənin "Arsenal" klubunun futbolçusu Pyer-Emerik Obameyanqda koronavirus aşkarlanıb.

Corner.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, qabonlu hücumçuda Afrika Millətlər Liqasında mübarizə aparan yığmanın düşərgəsinə qoşulduqdan sonra infeksiya aşkarlanıb.

32 yaşlı futbolçu ilə yanaşı, "Nitsa" klubunun yarımmüdafiəçisi Mario Leminanın da COVID-19 testinin nəticəsi müsbət çıxıb. Hər iki oyunçu milli komandaya qoşulmazdan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində əyləncə gecəsində iştirak edib.

Karantinə alınan futbolçular turnirin ilk matçında çıxış etməyəcəklər. Qabon seçməsi start oyununda Komor adaları yığması ilə üz-üzə gələcək. Görüş yanvarın 10-da baş tutacaq.

Qeyd edək ki, yanvarın 9-da start götürəcək Afrika Millətlər Kuboku fevralın 6-dək davam edəcək.







İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə