8 noyabr 2026. Bazar günü

Arsenal London derbisinin təxirə salınmasını istəyir


Arsenal London derbisinin təxirə salınmasını istəyir

“Arsenal” klubu İngiltərə Premyer Liqasında “Tottenhem”ə qarşı keçirməli olduqları 22-ci tur matçının təxirə salınmasını istəyir.

Corner.az xəbər verir ki, London təmsilçisi oyun üçün heyət qurmaqda çətinlik yaşayır. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Arsenal”da futbolçuların bəzisi zədə, bəziləri koronavirusla bağlı karantində, bəzilərinin isə Afrika Millət Kubokunda çıxış etdiyi üçün “Tottenhem”lə matça çıxa bilməyəcək. “Topçular” heyətinin kasad olması səbəbindən matçın təxirə salınması üçün Premyer Liqa rəhbərliyinə müraciət edib.

“Tottenhem” – “Arsenal” matçı yanvarın 17-də keçirilməlidir.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”