23 iyun 2026. Çərşənbə axşamı

Premyer Liqada oynamaq üçün darıxmışdım


Premyer Liqada oynamaq üçün darıxmışdım

"Aston Villa”nın futbolçusu Filippe Koutinyo Premyer Liqada “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunla (2:2) bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, “Sky Sports” telekanalına danışan 29 yaşlı braziliyalı yarımmüdafiəçi, debüt matçında qol vurmasını belə şərh edib:

“Premyer Liqada oynamaq üçün darıxmışdım. Yaxşı başlanğıc oldu. Sona qədər inanırdıq ki, məğlub olmayacağıq. Oyundan əvvəl gərgin idim? Bəli, bir az. İngilis dilində yaxşı danışa bilmirəm. Əsas sözü meydanda deməyi xoşlayıram. Bu, ilk oyunum idi. Daha yaxşı olmaq üçün çox çalışacam”.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər