23 iyun 2026. Çərşənbə axşamı

Marsial komanda ilə birlikdə oynamaq istəmir


Marsial komanda ilə birlikdə oynamaq istəmir

İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Antonio Marsial Premyer Liqada “Aston Villa”ya qarşı keçirilən matçda iştirak etməyib.

Corner.az xəbər verir ki, 26 yaşlı hücumçu özü “qırmızı şeytanlar”la oynamaqdan imtina edib. Bu barədə komandanın baş məşqçisi Ralf Ranqnik yerli mətbuata açıqlamasında deyib. O, Marsialın komanda ilə birlikdə olmaq istəmədiyini söyləyib:

“Əslində, onun adını iştirak ərizəsinə salacaqdım. Lakin bizimlə Birmingem səfərinə getmək istəmədi”.

“Aston Villa” – “Mançester Yunayted” matçı 2:2 hesabıyla bitib.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər