7 dekabr 2025. Bazar günü

Premyer Liqa matçında qalmaqal: bir azarkeş həbs edildi


Premyer Liqa matçında qalmaqal: bir azarkeş həbs edildi
İngiltərə Premyer Liqasının 23-cü turunun “Everton” – “Aston Villa” matçında xoşagəlməz hadisə baş verib.

Corner.az xəbər verir ki, oyunun ilk hissəsinin sonlarında “Aston Villa”nın rəqib qapısına qol vurması yerli azarkeşlərin qəzəbinə səbəb olub.
 
Belə ki, meydan sahibinin fanatları qonaq komandanın qola sevinən futbolçularına butulka atıblar. Hadisə zamanı butulkalar “Aston Villa”nın futbolçuları Luka Dinlə Metti Keşin başına dəyib və onlar yerə yıxılıblar.
 
Matçdan sonra “Everton” klubu yaydığı açıqlamada, müdafiəçilərə butulka atan bir azarkeşin həbs olunduğunu diqqətə çatdırıb.
 
“Everton” – “Aston Villa” matçı qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.






İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə