8 may 2026. Cümə

Autsayderlərin duelində qalib çıxmadı


Autsayderlərin duelində qalib çıxmadı
Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci turdan təxirə salınmış bir oyun keçirilib. Corner.az xəbər verir ki, günün yeganə matçında “Bernli” doğma meydanda “Uotford”u qəbul edib.
 
Tərəflər bu oyunda qapılara ümumiyyətlə qol vura bilməyib.
 
Bu heç-heçədən sonra “Uotford” 15 xalla 18-ci, “Bernli” isə 13 xalla 20-ci sırada qərarlaşıb.
 
İngiltərə Premyer Liqası
17-ci turun oyunu
5 fevral
 
Bernli – Uotford 0:0






İngiltərə P.L.