8 may 2026. Cümə

Ronaldo şəxsi antirekordunu təkrarladı


Ronaldo şəxsi antirekordunu təkrarladı

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo şəxsi antirekordunu təkrarlayıb.

Corner.az xəbər verir ki, 37 yaşlı hücumçu 2010-cu ildən sonra ilk dəfə ardıcıl 5 oyunda qol vura bilməyib.

Portuqaliyalı futbolçu son olaraq "Bernli" ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın 24-cü tur oyununda iştirak edib. Ronaldo qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, Ronaldo cari mövsüm Premyer Liqada 19 oyun keçirib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Mançester Yunayted" 23 oyuna 39 xalla 5-ci, "Börnli" isə 20 oyuna 14 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.