7 dekabr 2025. Bazar günü

Mançester Yunayted xal itirdi, Mançester Siti'dən qələbə


Mançester Yunayted xal itirdi, Mançester Siti'dən qələbə
İngiltərə Premyer Liqasında 25-ci turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
 
Turun açılış matçında “Mançester Yunayted” doğma meydanda "Sauthempton”u qəbul edib. Bu oyunda tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
 
“Mançester Siti” bu turda səfərdə “Norviç Siti”nin qonağı olub və böyük hesabla qalib gəlib. “Everton” da “Lids”i darmadağınla məğlub edib. "Brentford" - "Kristal Pelas" matçında qapılara ümumiyyətlə qol vurulmayıb. 

"Uotford" isə doğma meydanda "Brayton"a məğlub olub.
 
Bu tur keçirilməli olan “Çelsi” – “Arsenal” matçı isə “zadəganlar”ın klublararası dünya çempionatındakı iştirakına görə təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
25-ci tur
12 fevral
 
Mançester Yunayted – Sauthempton 1:1
Qol: Sanço, 21 – Adams, 48.
 
Brentford – Kristal Pelas 0:0
 
Uotford – Brayton 0:2
Qol: Maupay, 44. Uebster, 82.
 
Everton – Lids 3:0
Qol: Koleman, 10. M.Kin, 23. Qordon, 78.
 
Norviç Siti – Mançester Siti 0:4
Qol: Sterlinq, 31; 70; 90. Foden, 48.






İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə