7 dekabr 2025. Bazar günü

Liverpul'dan qələbə, Tottenhem evdə uduzdu


Liverpul'dan qələbə, Tottenhem evdə uduzdu
 İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
 
Dörd qolun qeydə alındığı “Lester Siti” – “Vest Hem” matçında qalib müəyyənləşməyib. “Nyukasl” isə doğma meydanda “Aston Villa”nı qəbul edib və minimal hesabla qalib gəlib.
 
“Tottenhem” doğma meydanda “Vulverhempton”u qəbul edib və məğlubiyyətlə üzləşib. “Liverpul” isə səfərdə “Bernli”nin qonağı olub. “Qırmızılar” bu oyundan da qələbə ilə ayrılıb. 

Bu tur keçirilməli olan “Çelsi” – “Arsenal” matçı “zadəganlar”ın klublararası dünya çempionatında iştirakı ilə əlaqədar təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
25-ci tur
12 fevral
 
Mançester Yunayted – Sauthempton 1:1
Qol: Sanço, 21 – Adams, 48.
 
Brentford – Kristal Pelas 0:0
 
Uotford – Brayton 0:2
Qol: Maupay, 44. Uebster, 82.
 
Everton – Lids 3:0
Qol: Koleman, 10. M.Kin, 23. Qordon, 78.
 
Norviç – Mançester Siti 0:4
Qol: Sterlinq, 31; 70; 90. Foden, 48.
 
13 fevral
 
Bernli – Liverpul 0:1
Qol: Fabinyo, 40.
 
Nyukasl – Aston Villa 1:0
Qol: Trippyer, 35.
 
Tottenhem – Vulverhempton 0:2
Qol: R.Ximenes, 6. Dendonker, 18.
 
Lester Siti – Vest Hem 2:2
Qol: Tilemans, 45. Pereyra, 57 – Bouen, 10. Dauson, 90+1.






İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə