7 dekabr 2025. Bazar günü

Zuma etirazlar sonrası oyuna çıxmaqdan imtina etdi


Zuma etirazlar sonrası oyuna çıxmaqdan imtina etdi
İngiltərənin “Vest Hem” klubunun pişiyinə şiddət tətbiq edən və bunu sosial şəbəkə hesabında paylaşan müdafiəçisi Kurt Zumanın bu hərəkətinə etirazlar səngimək bilmir. Corner.az xəbər verir ki, 27 yaşlı futbolçu komandasının Premyer Liqanın 25-ci turu çərçivəsində “Lester Siti” ilə səfər oyununda da növbəti etirazlarla üzləşib.
 
Belə ki, start heyətdə yer alan və matçdan öncə isinmək üçün meydana çıxan fransalı müdafiəçi azarkeşlər tərəfindən fitə basılıb, ona qarşı şüarlar səsləndirilib. Bundan sonra Zuma özünü yaxşı hiss etmədiyi üçün oyuna çıxmaqdan imtina edib. Bu səbəbdən məşqçilər korpusu onun adını start heyətdən  çıxarmaqla yanaşı, matçın iştirak ərizəsindən də çıxarıb. “Lester Siti” – “Vest Hem” matçı isə 2:2 hesabıyla yekunlaşıb.
  
Xatırladaq ki, Zuma etdiyi hərəkətə görə üzr istəyib. Klubu isə davranışına görə onu qınayıb və böyük miqdarda cərimə edib.






İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə