27 avqust 2026. Cümə axşamı

Ronaldo əfsanəvi futbolçunun rekorduna çatıb


Ronaldo əfsanəvi futbolçunun rekorduna çatıb

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo Braziliya millisinin əfsanəvi oyunçusu Romarionun rekorduna çatıb.

Corner.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçu buna  XVIII turdan təxirə salınmış "Brayton"a 2:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

Görüşdə ilk qolun müəllifi olan portuqaliyalı forvard klub karyerasında 689-cu dəfə fərqlənib.

Ronaldo Portuqaliya "Sportinq"ində 5, "Mançester Yunayted"də 133, İspaniya "Real Madrid"ində 450, İtaliya "Yuventus"unda isə 101 çempionat qoluna imza atıb.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın