7 dekabr 2025. Bazar günü

Keyn Siti'ni yıxdı, Premyer Liqada zirvə yarışı qızışdı


Keyn Siti'ni yıxdı, Premyer Liqada zirvə yarışı qızışdı
İngiltərə Premyer Liqasında 26-cı turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
 
“Vest Hem” - “Nyukasl” matçında qalib müəyyənləşməyib. “Aston Villa” evdə “Uotford”u, “Brayton” isə “Bernli”ni qəbul edib. Hər iki matçda meydan sahibləri məğlub olub. “Sauthempton” doğma meydanda “Everton”u qəbul edib və  inamlı qələbə qazanıb., “Arsenal” doğma meydanda “Brentford”la münasibətlərinə aydınlıq gətirib.  Bu görüşdə meydan sahibləri minimal hesabla qalib gəlib.
 
“Liverpul” doğma meydanda “Norviç Siti” ilə qarşılaşıb və qalib gəlib. Səfərdə “Kristal Pelas”un qonağı olan “Çelsi” də turu qələbə ilə başa vurub.
 
Turun mərkəzi oyununda lider “Mançester Siti” doğma meydanda ”Tottenhem”i qəbul edib. Beş qolun qeydə alındığı bu görüş London təmsilçisi əzmkar qələbə qazanıb.
 
İngiltərə Premyer Liqası
26-cı tur
19 fevral
 
Vest Hem – Nyukasl 1:1
Qol: Dauson, 32 – Uillok, 45+1.
 
Arsenal – Brentford 2:1
Qol: Smit Rou, 48. Saka, 79 – Norqaard, 90+3.
 
Aston Villa – Uotford 0:1
Qol: Dennis, 78.
 
Brayton – Bernli 0:3
Qol: Veqorst, 21. Braunhill, 40. Lennon, 69.
 
Kristal Pelas – Çelsi 0:1
Qol: Ziyeş, 89.
 
Liverpul – Norviç Siti 3:1
Qol: Mane, 64. Salah, 67. L.Dias, 81 – Raşiça, 48.
 
Sauthempton – Everton 2:0
Qol: Armstronq, 52. Lonq, 84.
 
Mançester Siti – Tottenhem 2:3
Qol: İ.Gündoğan, 33. Mahrez, 90+2-pen – Kuluşevski, 4. Keyn, 59; 90+5.






İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə