8 noyabr 2026. Bazar günü

Tottenhem uduzdu, Liverpul'dan darmadağın


Tottenhem uduzdu, Liverpul'dan darmadağın
İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. Corner.az xəbər verir ki, bu gün üç görüş baş tutub.
 
“Tottenhem” səfərdə “Bernli”nin qonağı olub. London təmsilçisi bu oyunda minimal hesablı məğlubiyyətlə üzləşib
 
 “Uotford” doğma meydanda “Kristal Pelas”ı qəbul edib. Beş qolun qeydə alındığı matçda qonaqlar darmadağınla qalib gəlib.
 
“Liverpul” isə evdə “Lids”i qəbul edib. Meydan sahibləri bu oyunda darmadağınla qələbə qazanıb.
 
İngiltərə Premyer Liqası
23 fevral
 
13-cü tur
Bernli – Tottenhem 1:0
Qol: B.Mi, 71.
 
18-ci tur
Uotford – Kristal Pelas 1:4
Qol: M.Sissoko, 18 – Mateta, 5. Qallaxer, 42. Zaha, 85; 90.
 
19-cu tur
Liverpul – Lids 6:0
Qol: Salah, 15-pen; 35-pen. Matip, 30. Mane, 80; 90+1. Van Deyk, 90+3.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”