8 may 2026. Cümə

Tottenhem dayandı, Mançester Siti 1/4 finalda


Tottenhem dayandı, Mançester Siti 1/4 finalda
İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
 “Mançester Siti” səfərdə “Peterboro”nun qonağı olub və inamlı qələbə qazanaraq 1/4 finala vəsiqə qazanıb. “Kristal Pelas” da “Stok Siti”i üzərində qələbəyə sevinərək növbəti mərhələyə vəsiqəni təmin edib. “Tottenhem” isə “Midlsbro”nun qonağı olub və minimal hesabla uduzaraq mübarizəni dayandırıb.
 
İngiltərə Federasiya Kuboku
1/8 final
 
1 mart
 
Peterboro – Mançester Siti 0:2
Qol: Mahrez, 60. Qriliş, 67.
 
Kristal Pelas – Stok Siti 2:1
Qol: Koyate, 53. Ridevald, 82 – Taymon, 58.
 
Midlsbro – Tottenhem 1:0
Qol: Kobern, 107.






İngiltərə P.L.