8 noyabr 2026. Bazar günü

Çelsi'nin yeni sahibi gələn həftə bəlli ola bilər


Çelsi'nin yeni sahibi gələn həftə bəlli ola bilər

İngiltərənin "Çelsi" klubunun yeni sahibi martın 7-də müəyyənləşə bilər.

Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisinin hazırkı rəhbəri Roman Abramoviç bu istiqamətdə danışıqlarını davam etdirir.

İddiaya görə, hazırda potensial alıcılardan biri isveçrəli iş adamları Hansyorq Viss və Todd Belinin də daxil olduğu ABŞ-İsveçrə konsorsiumudur.

Tərəflərin tezliklə razılığa gələcəyi və rəsmi müqavilənin gələn həftənin əvvəlində imzalanacağı gözlənilir.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. O, martın 2-də isə klubu satmaq niyyətində olduğunu açıqlayıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”