7 dekabr 2025. Bazar günü

Tək bir nəfər məsuliyyət daşıyır, o da Putindir


Tək bir nəfər məsuliyyət daşıyır, o da Putindir
"Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə hökumətinin “Çelsi”yə qarşı tətbiq etdiyi sanksiyalar barədə danışıb. Corner.az İngiltərə mətbuatına istunadən xəbər verir ki, 54 yaşlı alman mütəxəssis hər şeyə görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını deyib:
 
“Tomas Tuçellə (“Çelsi”nin baş məşqçisi) bir-birimizi yaxşı tanıyırıq. Amma sadəcə oyunlarda söhbət edirik. O, futbolçular və “Çelsi”dəki işçilər yaşananlara görə məsuliyyət daşımırlar. Tək bir adam məsuliyyət daşıyır, o da Vladimir Putindir. Roman Abramoviçin prosesdə necə rol oynadığını bilmirəm, ancaq onların yaxın olduqlarını düşünürəm. “Çelsi”dəki insanlar və azarkeşlər üçün bu vəziyyət yaxşı deyil, anlayıram. Amma yüzdə-yüz düzünə qalsa hökumətin etdiklərinin doğru olduğunu düşünürəm”.
 
Rusiyanın Ukraynaya hücumundan sonra “Çelsi”nin rusiyalı sahibi Roman Abramoviçin aktivləri dondurulub. Nəticədə London klubuna aid olan hesablar bağlanıb və klubun satılmasına qadağa qoyulub. "Zadəganlar" transfer və bilet satışı qadağası da qoyulub.






İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə