22 aprel 2026. Çərşənbə

Çelsi və Arsenal'dan qələbə


Çelsi və Arsenal'dan qələbə
İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bazar günü altı qarşılaşma baş tutub.
 
“Vest Hem” evdə “Aston Villa”nı, “Lids” “Norviç Siti”ni qəbul edib və  qalib gəlib. “Sauthempton” evdə “Uotford”a , “Everton” da “Vulverhempton”a məğlub olub.
 
 “Nyukasl” isə səfərdə “Çelsi”nin qonağı olub.  London klubu bu oyunda minimal hesabla qələbə qazanıb. Paytaxtın digər təmsilçisi “Arsenal” da evdə “Lester”i qəbul edib və  inamlı qələbə qazanıb.
 
İngiltərə Premyer Liqası
29-cu tur
12 mart
 
Brayton – Liverpul 0:2
Qol: L.Dias, 19. Salah, 61-pen.
 
Brentford – Bernli 2:0
Qol: Toni, 85; 90+4-pen.
 
Mançester Yunayted – Tottenhem 3:2
Qol: Ronaldo, 12; 38; 81 – Keyn, 35-pen. Maquayr, 72-öz qapısına.
 
13 mart
 
Vest Hem – Aston Villa 2:1
Qol: Yarmolenko, 70. Fornals, 82 – Remsi, 90.
 
Lids – Norviç Siti 2:1
Qol: Rodriqo, 14. Gelhardt, 90+4 – Maklin, 90+1.
 
Sauthempton – Uotford 1:2
Qol: Elyunussi, 45 – Kuço, 14; 34.
 
Çelsi – Nyukasl 1:0
Qol: Haverts, 89.
 
Everton – Vulverhempton 0:1
Qol: Koadi, 49.
 
Arsenal – Lester Siti 2:0
Qol: Partey, 11. Lakazette, 59.






İngiltərə P.L.

“Brayton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 01:09 22.04.2026
“Brayton” “Çelsi”ni darmadağın etdi