2 fevral 2026. Bazar ertəsi

Mövsümün sonuna qədər burda qalacam


Mövsümün sonuna qədər burda qalacam
“Çelsi”nin baş məşqçisi Tomas Tuçel klubdakı hazırkı durumdan danışıb. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis mövsümün sonunadək London klubunda qalacağını bildirib:
 
“Mövsümün sonuna qədər “Çelsi”də qalacağam. Gözləmək məcburiyyətindəyik çünki vəziyyət dəyişə bilər.Bu qələbə bizə böyük təsir edir, azarkeşlərimizə bu sevinci yaşatmaq çox şeyi ifadə edir. Bu, hər şeyi dəyişir. Biz komanda olaraq imtiyazlı olduğumuzun fərqindəyik. Bu, böyük klubdur, diqqət mərkəzindəyik, amma imtiyazlıyıq. Amma bu klubda yüzlərlə insan bu imtiyazlara malik deyil, onlar öz gələcəkləri üçün bizdən çox narahatdırlar. Bu, bizə onlar üçün mübarizə aparmaq, başımızı dik tutmaq və təslim olmamaq məsuliyyəti gətirir.”.
 
Böyük Britaniya hökuməti martın 10-da “Çelsi”nin rusiyalı sahibi Roman Abramoviçə və kluba qarşı sanksiyalar tətbiq edib. “Çelsi” futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb, amma oyunlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilələri yeniləmək qadağan edilib. “Çelsi”nin bank hesabı da bloklanıb və  Roman Abramoviç klubdan kənarlaşdırılıb.






İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə