8 may 2026. Cümə

Lempard qola sevinərkən əlini sındırdı - VİDEO


Lempard qola sevinərkən əlini sındırdı - VİDEO

İngiltərənin "Everton" klubunun çalışdırıcısı Frenk Lempard kuryoz hadisə nəticəsində zədələnib.

Corner.az-ın məlumatına görə, bu barədə, 43 yaşlı mütəxəssisin özü açıqlama verib.

O, evdə "Nyukasl" üzərində son dəqiqə qolu ilə qazanılan qələbəyə sevinərkən əlini sındırdığını bildirib: "Heç nəyə yumruq atmadım. Amma 2 dəqiqə sonra əlimin titrədiyini hiss etdim. Bu cür nəticələr qazansaq, hər həftə əziyyət çəkəcəyəm".

Qeyd edək ki, "Everton" Premyer Liqanın 20-ci turundan təxirə salınmış qarşılaşmada Aleks İvobinin 90+9-cu dəqiqədə vurduğu qolla qalib gəlib.







İngiltərə P.L.