8 may 2026. Cümə

Lester və Tottenhem'dən inamlı qələbə


Lester və Tottenhem'dən inamlı qələbə
Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
“Lester Siti” doğma meydanda “Brentford”u qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıb.
 
BLondon derbisində isə “Tottenhem” doğma meydanda “Vest Hem”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matçda meydan sahibləri inamlı qələbə qazanıb. 
 
Bu turun qalan 6 oyunu İngiltərə kubokunun oyunlarına görə təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
30-cu tur
 
18 mart
 
Vulverhempton – Lids 2:3
Qol: Conni, 26. Trinkao, 45+11 – Harrison, 63. Rodriqo, 66. Aylinq, 90+1.
 
19 mart
 
Aston Villa – Arsenal 0:1
Qol: Saka, 30.
 
20 mart
 
Lester Siti – Brentford 2:1
Qol: Kastan, 20. Meddison, 33 – Vissa, 85.
 
Tottenhem – Vest Hem 3:1
Qol: Zuma, 9-öz qapısına. Son, 24; 88 – Benrahma, 35






İngiltərə P.L.