22 mart 2026. Bazar günü

Abramoviçdən Çelsi'yə 36 milyon avro dəstək


Abramoviçdən Çelsi'yə 36 milyon avro dəstək
Böyük Britaniya hökuməti “Çelsi”nin əməliyyat lisenziyasında daha bir dəyişiklik edib. Corner.az  The Times'ə istinadən xəbər verir ki, dəyişiklikdə ana şirkətin nağd pul və likvidlik problemləri fonunda kluba 36 milyon avro (30 milyon funt-sterlinq)  vəsait daxil edilə biləcəyi qeyd olunub. Beləliklə, çətin günlər keçirən "zadəganlar" Abramoviçin bu dəstəyi ilə bir qədər çətinliklərini həll edə biləcək.
  
Martın 10-da Böyük Britaniya hökuməti 55 yaşlı funksionerə qarşı sanksiyalar tətbiq edib. Bu səbəbdən, London klubunun satılması prosesi başlayıb. Eyni zamanda, “Çelsi”yə futbolçu transferləri və müqavilələrin yenilənməsi də qadağan edilib.
 
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücum edib və bu hücum dünyada kəskin etirazlarla qarşılanıb. Bu hücumdan sonra Rusiyaya və onun müttəfiqi olan Belarusa qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanılıb. Sözügedən ölkələr müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.







İngiltərə P.L.

“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər
“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi