2 fevral 2026. Bazar ertəsi

Premyer Liqada əvəzetmələrin sayı artırıldı


Premyer Liqada əvəzetmələrin sayı artırıldı

2022/2023 mövsümündən futbol üzrə İngiltərə Premyer Liqasında beş əvəzetməyə icazə veriləcək.

Corner.az xəbər verir ki, bu barədə Liqa rəhbərliyi qərar çıxarıb.

Əvəzetmələrdən 3-ü oyun vaxtı, 2-si isə fasilədə gerçəkləşə bilər. Bundan əlavə, komandanın ehtiyat heyətində ən çoxu 9 oyunçunun adı qeyd olunacaq.

Həmçinin İngiltərədə yay transfer dönəmi iyunun 10-dan sentyabrın 1-dək davam edəcək.

Premyer Liqada koronavirusla bağlı sağlamlıq protokolunda da dəyişiklik olunub. Futbolçular həftədə iki dəfə test verməyəcək. Yalnız simptomlar hiss edən oyunçulardan test götürüləcək.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında hazırda 3 əvəzetmə qaydasından istifadə edilir.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə