7 dekabr 2025. Bazar günü

Qvardiola Bavariya'nı çalışdırmasaydı ... - Klopp


Qvardiola Bavariya'nı çalışdırmasaydı ... - Klopp
"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 32-ci turunda "Mançester Siti" ilə oyunöncəsi açıqlama verib. Corner.az xəbər verir ki, 54 yaşlı alman mütəxəssis rəqib komandanın baş məşqçisi Pep Qvardiolanın "Bavariya"da işləməsəydi, "Borussiya"da (Dortmund) daha çox kubok qazana biləcəyini vurğulayıb:
 
"Bir az fərqli insan olsaydım, Pepin "Mançester Siti" kimi klubları çalışdırması səbəbindən depressiyaya düşərdim. O, "Bavariya"nı çalışdırmasaydı, "Borussiya"da (Dortmund) daha çox kubok qazana bilərdik. Eynilə, "Mançester Siti"də olmasaydı, indi əlavə bir Premyer Liqa çempionluğumuz da var idi. Əla komandadır və mənə görə Pep dünyanın ən yaxşı məşqçisidir. Bütün bunlar onlara qarşı oynamağımızı çətinləşdirir".
 
Aprelin 10-da baş tutacaq "Mançester Siti" "Liverpul" matçı Bakı vaxtı ilə saat 19:30-da strt götürəcək.

30 oyunda topladığı 73 xalla "şəhərlilər" liderdir. "Liverpul" eyni sayda matçdan 72 xalla ikincidir.






İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə