- İngiltərə P.L.
- 20:33 25.11.2024
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Everton”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra azarkeşin telefonunu qırıb. Corner.az xəbər verir ki, hadisə portuqaliyalı ulduz futbolçunun paltardəyişmə otağına gedərkən yaşanıb.
Tərəfdarlardan biri mobil telefon tutduğu əlini Kriştianoya uzadıb. Ronaldo maneəni kənarlaşdırmaq üçün verdiyi reaksiya sayəsində telefon kənara sıçrayaq düşüb.
Ronaldo buna görə azarkeşdən üzr istəyib. Bu barədə 37 yaşlı hücumçu şəxsi "İnstaqram" səhifəsində yazıb. Ronaldo belə anlarda emosiyalara hakim olmağın heç də asan olmadığını bildirib: “Bununla belə, biz hər zaman hörmət, dözüm nümayiş etdirməli, gözəl oyunumuzla bizi sevən gənclərə nümunə olmalıyıq. Çılğınlığıma görə üzr istəyir, ədalət və idman prinsiplərinə sədaqət əlaməti olaraq, mümkündürsə, həmin azarkeşi “Old Trafford” stadionundakı oyunumuza baxmağa dəvət edirəm”.
Qeyd edək ki, “Mançester Yunayted” 31 oyundan 51 xalla 7-ci pillədə gedir. Növbəti oyun aprelin 16-da evdə “Norviç”ə qarşı olacaq.