2 avqust 2026. Bazar günü

Salah Liverpul'un tarixinə düşdü


Salah Liverpul'un tarixinə düşdü
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında “qol+ötürmə” sistemi üzrə xallara görə ikinci olub. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, misirli futbolçu, buna “Mançester Siti” ilə matçda (2:2) Sadio Maneyə bir məhsuldar ötürmə etməklə nail olub.
 
Hazırda 29 yaşlı hücumçunun “qol+ötürmə” sistemi üzrə 159 xalı var və Robbi Fauleri keçərək, Premyer Liqada “Liverpul”un tarixinə düşüb. Klubun tarixində bu göstəricidə lider 212 xalla Stiven Cerrarddır.
 
Salah bu mövsüm Premyer Liqada 29 oyuna çıxıb, 20 qol vurub, 11 məhsuldar ötürmə edib.
 
“Mançester Siti” ilə oyun “Liverpul”un digər futbolçusu Trent Aleksander-Arnold üçün də əlamətdar olub. O, bu komandanın sabiq oyunçusu Stiven Cerrardın rekordunu qırıb. 24 yaşlı cinah müdafiəçisi buna məhsuldar ötürmə etməklə nail olub. Mersisayd təmsilçisində ilk topun vurulmasında iştirak edən ingiltərəli oyunçu cari mövsüm 17-ci dəfə qol ötürməsi verib. Beləliklə Aleksander-Arnold Cerrardın 16 məhsuldar ötürmə rekordunu geridə qoyub.






İngiltərə P.L.

"Çelsi" 35 yaşlı Denni Uelbeki transfer etdi
  • İngiltərə P.L.
  • 22:29 01.08.2026
"Çelsi" 35 yaşlı Denni Uelbeki transfer etdi
"Mudrik xüsusi futbolçudur"
  • İngiltərə P.L.
  • 19:48 01.08.2026
"Mudrik xüsusi futbolçudur"
"Tottenhem" 10 nəfərlə "Çelsi"ni üstələdi
  • İngiltərə P.L.
  • 17:15 01.08.2026
"Tottenhem" 10 nəfərlə "Çelsi"ni üstələdi
"Nyukasl" Eddi Hau ilə yollarını ayırdı
  • İngiltərə P.L.
  • 23:05 31.07.2026
"Nyukasl" Eddi Hau ilə yollarını ayırdı
"Ən yaxşı formada qayıdıblar"
  • İngiltərə P.L.
  • 22:38 29.07.2026
"Ən yaxşı formada qayıdıblar"