25 noyabr 2024. Bazar ertəsi

Klopp “iki ağır çəkili boks döyüşü”, Qvardiola “fantastik” adlandırdı


Klopp “iki ağır çəkili boks döyüşü”, Qvardiola “fantastik” adlandırdı
İngiltərə Premyer Liqasının 32-ci turu “Mançester Siti” – “Liverpul” oyunu ilə əlamətdar oldu. Corner.az xəbər verir ki, dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib – 2:2.
 
Matçdan sonra “Liverpul”un baş məşqçisi Yurgen Klopp oyun haqda fikirlərini bölüşüb. Alman mütəxəssis, oyunu boksçuların döyüşünə bənzədib:
 
“Biz də qələbəyə layiq idik, “Mançester Siti” də. Biz də sürətli oynadıq, rəqib də. “Mançester Siti”ylə qarşılaşma iki ağır çəkili boksçunun döyüşü kimi idi. Əllərinizi yana salarsanız, rəqib üzünüzə sərt yumruq vuraraq nokauta salacaq. Yaxşı oyun idi”.
 
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola isə oyunu belə şərh edib:
 
“Liverpul”la oyun həqiqətən boks döyüşünə çox bənzəyirdi. Bu oyun Premyer Liqa üçün yaxşı reklam oldu. Fantastik oyun idi, hər iki komanda qələbə qazanmaq istəyirdi. “Liverpul”u izləmək əladır. Biz də çox yaxşı çıxış etdik deyərdim və komandamla fəxr edirəm. Hər iki komanda bilir ki, qarşıda yeddi matç var və mütləq qalib gəlməlidir. Əks halda, hər şey bitəcək”.






İngiltərə P.L.

"Haaland günahkar deyil"
  • İngiltərə P.L.
  • 19:00 25.11.2024
"Haaland günahkar deyil"
"Liverpul" Salahla danışıqlara başlayıb
  • İngiltərə P.L.
  • 18:52 25.11.2024
"Liverpul" Salahla danışıqlara başlayıb
“Lester” baş məşqçisiz qalıb
  • İngiltərə P.L.
  • 21:07 24.11.2024
“Lester” baş məşqçisiz qalıb
 “Belə matçlar tez-tez baş vermir"
  • İngiltərə P.L.
  • 20:43 24.11.2024
 “Belə matçlar tez-tez baş vermir"