25 noyabr 2024. Bazar ertəsi

Kriştiano Ronaldo haqqda araşdırma başladıldı


Kriştiano Ronaldo haqqda araşdırma başladıldı
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun Premyer Liqanın 32-ci turu çərçivəsində baş tutan “Everton”la səfər oyunundan (0:1) sonra azarkeşlə insidenti portuqaliyalı futbolçu üçün baha başa gələ bilər. Corner.az xəbər verir ki, 37 yaşlı futbolçu məğlub olduqları matçdan sonra onun videosunu çəkən yeniyetmə azarkeşin telefonunu əlindən alıb yerə vurub.
 
Sonradan məlum olub ki, 14 yaşlı həmin yeniyetmə autizm xəstəsi olan Ceyk Hardinqdir. Artıq baş verən hadisə ilə bağlı Mersisayd polisi araşdırma başladıb. “Mançester Yunayted”in də klub olaraq hadisəni nəzarətə götürdüyü bildirilir.

 Ronaldo matçdan sonra baş verən hadisəyə görə sosial şəbəkə hesabında azarkeşdən üzr də istəyib və həmin fanatı Old Traffordda matça dəvət etmişdi.
 
Amma oğlanın ailəsi Ronaldonun bu dəvətini qəbul etməyiblər. Onlar Ronaldonun açıqladığı sözlər də səmimi olmadığını bildiriblər. Ceykin anası Sara Kelli yerli mətbuata açıqlamasında baş verən hadisəni belə izah edib:
 
O, öncə oğlumla əlaqə saxlayıb üzr istəməli, daha sonra öz hesabında nələrsə yazmalı idi. Bunun üçün onun kifayət qədər zamanı da var idi. Ronaldo orada olanların uşaq olduğunu bilirdi. Bu, bir oyundur, deyilmi? Həmişə qələbə qazanmaq olmaz ki. Onun oğlumu “Mançester Yunayted”in oyununa dəvət etməsi də kobudluqdur. Biz “Everton” azarkeşlərinin nəyinə lazımdır “Mançester Yunayted”in oyunu? O, hətta “həmin azarkeşi” sözünü işlədib. Bu, mənə görə çox zəif üzrxahlıq idi.Oyundan sonra oğlum paltardəyişmə otağına yollanan “Mançester Yunayted”in futbolçularını telefonla videoya çəkirdi. O, Ronaldonu görəndə telefonu aşağı endirdi. Çünki Ronaldonun ayağının qanadığını görmüşdü. O, həmin anda ona qarşı heç bir söz işlətməyib. Ronaldo əsəbi halda yanından keçərkən əliylə telefonu kənara vururaq yoluna davam edib. Videoda da kontakt olduğu görünür. Mən bu barədə bunları danışdığıma belə inana bilmirəm. Oğlum buna görə çox məyusdur. Ronaldo oğlumun bir daha oyuna getmək həvəsini öldürdü. O, autizm və dispraksiyadan əziyyət çəkir. Bu, onun canlı izlədiyi ilk futbol matçı idi. Amma bu hadisə hər şeyi pis vəziyyətə saldı”.
 
 
Hadisənin bu qədər böyüməsindən sonra Ronaldonun hansı addımı atacağı maraqla gözlənilir. Böyük ehtimalla o, həm yeniyetmənin özü, həm də anası ilə şəxsən görüşməli və üzr istəməli olacaq.






İngiltərə P.L.

"Haaland günahkar deyil"
  • İngiltərə P.L.
  • 19:00 25.11.2024
"Haaland günahkar deyil"
"Liverpul" Salahla danışıqlara başlayıb
  • İngiltərə P.L.
  • 18:52 25.11.2024
"Liverpul" Salahla danışıqlara başlayıb
“Lester” baş məşqçisiz qalıb
  • İngiltərə P.L.
  • 21:07 24.11.2024
“Lester” baş məşqçisiz qalıb
 “Belə matçlar tez-tez baş vermir"
  • İngiltərə P.L.
  • 20:43 24.11.2024
 “Belə matçlar tez-tez baş vermir"