8 noyabr 2026. Bazar günü

İngiltərə klubu 10 illik baş məşqçisini göndərdi


İngiltərə klubu 10 illik baş məşqçisini göndərdi

İngiltərənin "Bernli" klubu baş məşqçisi Şon Dayçla yollarını ayırıb.

Corner.az rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb komandanın cari mövsüm ölkə çempionatında uğursuz çıxışı olub.

50 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri ilə də vidalaşılıb.

Qeyd edək ki, Şon Dayç 2012-ci ildən "Bernli"ni çalışdırırdı. Komanda bu mövsüm Premyer Liqada 30 oyundan sonra 24 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”