8 noyabr 2026. Bazar günü

Arsenal'la Tottenhem uduzdu, Mançester Yunayted'dən qələbə


Arsenal'la Tottenhem uduzdu, Mançester Yunayted'dən qələbə
futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Turun ilk matçında “Tottenhem” doğma meydanda “Brayton”la qarşılaşıb. Bu oyunda qonaqlar minimal hesabla qalib gəlib.
 
Cari mövsümün uğursuz komandalarından olan “Mançester Yunayted” bu turda doğma meydanda autsayder “Norviç”lə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matçda meydan sahibləri çətin qələbə qazanıb.
 
“Arsenal” səfərdə “Sauthempton”un qonağı olub və  minimal hesabla uduzub. Üç qolun qeydə alındığı “Uotford” – “Brentford” matçında da qonaqların qələbə qazanıb.
 
 
İngiltərə Premyer Liqası
33-cü tur
 
16 aprel
 
Tottenhem – Brayton 0:1
Qol: Trossard, 90.
 
Mançester Yunayted – Norviç Siti 3:2
Qol: Ronaldo, 7; 32; 76 – Douel, 45+1. Pukki, 52.
 
Sauthempton – Arsenal 1:0
Qol: Bednarek, 44.
 
Uotford – Brentford 1:2
Qol: Dennis, 54 – Norqaard, 15. Yansson, 90+6.
 






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”