8 may 2026. Cümə

Mançester Yunayted 16 illik skautu ilə yollarını ayırır


Mançester Yunayted 16 illik skautu ilə yollarını ayırır

İngiltərənin "Mançester Yunayted" klubu baş skautu Cim Loulorla yollarını ayıracaq.

Corner.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

O, təcrübəli mütəxəssislə müqaviləyə cari mövsümün sonunda xitam veriləcəyini bildirib. İddiaya görə, Loulorun gedişi komandanın yenidən qurulmasının ilk addımı olacaq.

Qeyd edək ki, Cim Louler 16 ildir "Mançester Yunayted"in skautu vəzifəsində çalışır.







İngiltərə P.L.