31 yanvar 2026. Şənbə

Wengerdən “Arsenal”a baş məşqçi təklifi


Wengerdən “Arsenal”a baş məşqçi təklifi

“Arsenal”ın sabiq baş məşqçisi Arsene Wenger vaxtilə rəhbərliyi altında oynamış Patrick Vieira haqda maraqlı açıqlama verib.

Corner.az Fransa mətbuatına isitnadən məlumat verir ki, 69 yaşlı mütəxəssis hazırda Fransanın "Nice" klubunda çalışan həmyerlisini gələcəkdə London klubunun baş məşqçisi vəzifəsində görmək istədiyini deyib:

“Onun təbii xarizması var. Həm zərif, həm də güclüdür. O, karyerasını günü-gündən səbr və ağıllla irəliyə aparır. Gənc yaşında futbolu atdı. Məşqçilik üçün New-Yorka getdi. İndi də “Nice”da daha da təkmilləşir. Komandasının çətin vaxtları oldu, amma bu dönəmdə acizlik göstərmədi. Onu “Arsenal”da görürəm”.

Qeyd edək ki, Patrick Vieira futbolçu karyerası ərzində “Milan”, “Juventus”, “İnter”, “Manchester United” kimi klublarda çıxış edib.







İngiltərə P.L.

"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"
“Tottenhem” Pedro Porronu itirdi
  • İngiltərə P.L.
  • 11:58 28.01.2026
“Tottenhem” Pedro Porronu itirdi
Qvardiola Natan Akenin satışına qarşıdır
  • İngiltərə P.L.
  • 11:07 28.01.2026
Qvardiola Natan Akenin satışına qarşıdır